Bu gün Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun doğum günüdür. Keçmiş prezidentin 82 yaşı tamam olur.
Ayaz Mütəllibov Modern.az-a budəfəki doğum gününü ilk dəfə tənha keçirməsindən kövrələrək danışıb:
“Birinci dəfədir ki, həyat yoldaşım yanımda deyil. Həyatın ləzzəti itib. Hər doğum günümdə həyat yoldaşım yanımda olurdu. Bu dəfə isə o yoxdur. Ona görə də doğum günümdə həyat yoldaşımı gedib məzarı başında ziyarət edəcəm. Onunla dərdləşəcəm. Onun yoxluğunu heç nə əvəz etmir. Nə övlad, nə də nəvələr… Hələ də onun siması gözümün qarşısındadır”.
Eks-prezident səhhətində yaranan problemdən də söz açıb:
“Son vaxtlar tez-tez səhhətimdə nasazlığım olur. Həkim müayinəsində də oluram. Səhhətimdəki narahatlıqlar əsəb sistemimlə bağlıdır”.
Ayaz Mütəllibov nə ölkədə, nə də dünyada gedən prosesləri əvvəlki kimi izləyir: “Artıq yorulmuşam”.
Eks-prezident doğum gününü təbrik etmək üçün səhərdən zəng edənlərə təşəkkürünü də bildirib. Azadpress.az
Comments