Azadpress.az xəbər verir ki, Təhsil İnstitutunun direktoru Emin Əmrullayev Prezident İlham Əliyevin sərəncamı ilə Təhsil naziri təyin edilib.
E.Əmrullayev Azərbaycan Dövlət İdarəçilik Akademiyasını bitirib.ABŞ-ın Kolumbiya Universitetində Enerji Siyasəti, Macarıstanda Mərkəzi Avropa Universitetində Siyasət üzrə magistr təhsili alıb.Avropa Tələbələr Forumu - Bakı İctimai Birliyinin həmtəsisçisi olub.
Emin Əmrullayev 2014-cü il 5 dekabrdan etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini kimi fəaliyyət göstərib. Sabiq Təhsil naziri Mikayıl Cabbarovun 28 dekabr 2015-ci il tarixli 11/1280 nömrəli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 14 noyabr 2016-cı il tarixli, 1107 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun adı dəyişdirilərək Azərbaycan Respublikasının Təhsil İnstitutu adlandırılıb. 6 aprel 2016-cı il tarixindən qurumun direktoru vəzifəsini Emin Əmrullayev icra edib.
Sabiq Təhsil naziri Ceyhun Bayramovun 9 yanvar 2020-ci il tarixli əmri ilə nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsində çalışan Emin Əmrullayev Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub.
Comments