“Lexus”un yeni RX modelini Azərbaycanda çoxdan gözləyirdilər. Yeni model Bakının dəbdəbəli məkanlarından birində təqdim olundu.
Təqdimat elə «Lexus» un özü qədər təmtəraqlı idi. İtaliyadan gələn tenorların ifası ilə təşkil olunan ziyafət zamanı terasda düzülmüş Lexus model çeşidləri göz oxşayırdı. Rəsmi diler bu təqdimatda RX-dən əlavə daha 5 modelini həvəskarların ixtiyarına vermişdi.
Azərbaycana gətirilən beşinci nəsil RX- tamamilə təzə dizayn, yeni interyer və üç hibrid də daxil olmaqla 3 güc aqreqatlı, mühərrikli konfiqurasiyadadır.
“Lexus RX” in yeni radiator barmaqlığı, bamperlər və fənərlər, eləcə də tək vahiddə birləşdirilmiş arxa fənərləri diqqəti cəlb edir. Qapılar indi sadəcə toxunuş ilə açılır. Avtomobil yeni rəqəmsal alət paneli, yeni sükan və 14 düymlük ekranlı idarəetmə paneli ilə təhciz olunub. Zəngin komplektasiyalı versiyalarda panoramik dam və proyeksiyalı displeyi mövcuddur. Avtomobil yeni, GA-K platforması əsasında hazırlanıb. O, 90 kq yüngülləşib, arxa sərnişinlər üçün və baqajda bir az daha çox yer artıb. RX-in daha sadə versiyası 275 at gücünə malik 2,4 litrlik turbomühərriklidir. “Yüngül” Lexus RX 2,5 litrlik benzinli atmosfer mühərriki və ümumi gücü 246 at gücü olan elektrik mühərriki alacaq. 0-dan 100 km/saata qədər sürətlənmə 7,4 saniyə çəkir. Digər "mülayim" mühərriki ilə birlikdə 367 at gücü olan 2,4 litrlik turbomühərrikə əsaslanır. Maşın 100 km/saata 5,9 saniyəyə sürətlənir.
RX-də interfeys bütün funksiyalara intuitiv nəzarəti nəzərdə tutan Tazuna (“cilov”) konsepsiyasına uyğun olaraq həyata keçirilir. Konstruktorlar mərkəzi tuneldə sensor paneldən imtina edərək, ölçüsü 14 düymlük multimedia sisteminin sensor ekranını quraşdırıblar. Həmçinin baş üstü displey, salon güzgüsindəki ekran, panoramik dam və e-latch elektrik qapı kilidləri var. Lexus Safety System+ 3.0 paketi də standart olaraq mövcuddur.
Təqdimatda daha iki yeni xəbər diqqətimizi çəkdi. Təşkilatçılar bu ilin payızında yeni “Lexus LM” preimum miniveninin gətiriləcəyini elan etdilər. Həmçinin Bakıda populyar olan yeni “Lexus GX” modelinin tizeri nümayiş olundu.
Fotolar:
Commentaires