top of page

Təhsil pandemiya dövründən sonra:Harada və Necə?


Pandemiya dövrü bütün ölkələrdə yeni içtimai münasibətlərin formalaşmasının əsasını qoydu, ölkələr sosial iqtisadi baxımdam buna hazır olmasalarda insanların sağlamlığını qorumaq üçün bütün sahələrdə çevik dəyişikliklər edilməsində zərurət yarandı. O cümlədən təhsil sahəsində də. Bu qısa məqalədə biz çalışacayıq ki, pandemiya dövrü ndə təhsil sahəsi ilə bağlı bizi narahat edən müəyyən suallara azda olsa öz baxış bucağımızdan aydınlıq gətirək.


Artıq cari ilin mart ayının ortalarında biz anladıq ki, təhsil müəssisələri qeyri müəyyən bir vaxt ərzində ənənəvi formada yox, tam fərqli bir formatda öz fəaliyyətlərini davam etdirməlidir. Yeni reallığın gətirdiyi qeyri müəyyənlik təkçə dərslərin keçirilməsi ilə bağlı deyildi, təhsil müəssisələrinin idarə edilməsi üçün də həll olunması vacib vəzifələri gündəmə gətirmişdir. Əgər oflayn rejimdə (ənənəvi təhsil) ölkə üzrə bütün təhsil müəssisələrində gün ərzində keçirilən dərs saatlrının miqdarı 10.000 minlərlə ölçülürdüsə, bütün bu dərsləri onlayn rejimə keçirilməsi və bu prosesin idarə edilməsi, texnoloji və metodiki baxımdan çox çətin həll olunan idi.

4 cü sənaye inqilabı, qlobal informasiya dövrü, insanların dünyaya, dünyanın isə insanlara açıq olması, sərhədsiz təhsil almaq imkanları, rəqəmsal texnoloqiyaların sürətlə inkişaf etdirilməsi, yeni peşələrin sürətlə formalaşması, əldə olunan biliklərində sürətlə köhnəlməsi bütün dünyada təhsil sahəsi üçün müəyən çətiniklər yaratmışdır. Hətta Harvard və Stenford kimi dünya səviyyəli Universitetlər belə dəyişikliklərin sürəti ilə ayaqlaşa bilmədiklərini bildirirdilər. Çünkü hər hansı bir yeni ixtisas ilə bağlı tədris proqramları və tədris materialları hazırlanana qədər, iş dünyasında o sahədə professional biliklərə ehtiyac azalırdı.

Bu baxımdan, təhsil sistemləri pandemiyadan öncədə krizis yaşayırdı, amma bu dövr təhsil sistemlərində çevik qərar vermə, imkanların qiymətləndirilməsi, maddi texniki bazaların, kadr ehtiyyatlarının, bilik və bacarıqların tam obyektiv qiymətləndirilməsi üçün həm bir imtahan həmdə imkan oldu.

Amma bütün bu çətinliklərə baxmayaraq, bir çox ölkələr, o cümlədən Azərbaycan Respublikası Təhsil Nazirliyi, məktəblərimiz, fədakar müəllimlərimiz, universitetlərimiz, peşə təhsili müəssisələri bu çağırışlara adekvat reaksiya verə bildi, bütün maraqlı tərəflərin təhsil ehtiyaclarını tam ödəyə bilməsədə (bu bütün dünyada belə olub, dünyanın heç bir ölkəsində onlayn təhsil ilə 100% nəticələr əldə edilməyib) qarşıya duran vəzifələrin bir çox hissəsini həll edə bildi. Ən əssası isə istifadə onunan onlayn alətlər dünya ölkələrini və bizim cəmiyyətimizi təhsilsiz qoymadı.

Sözsüz ki, indi cəmiyyətimizi narahat edən suallardan ən başlıcası, pandemiya dövründə və sonra tədrisin hansı formada aparılması ilə bağlıdır. Bu cavaba keçmədən əvvəl aşağıdakı suala cavab axtaraq

Pandemiya təhsil sahəsində bizə nəyi göstərdi və nə öyrətdi?

İlk növbədə pandemiya indikator rolunu oynadı. Ənənəvi təhsildə olan və görünməyən boşluqları bizə göstərdi. Biz tam fərqli bir reallıqla rastlaşdıq. Uşaqlar və Valideynlər məktəbə yox, Məktəb və Müəllimlər “hər evə gəlmək imkanı əldə etdi”, bu tam bir başqa pedaqoji, insani, mənəvi ünsiyyət forması idi. Eyni zamanda biz aşağıdakı problemlərlə rastlaşdıq (dünyanın bir çox inkişaf etmiş ölkələrində bu problemlərin bir hissəsini yaşamaqdadır)

1) Onlayn təhsilin tətbiqi ilə bağlı təhsil almaq üçün bərabər imkanların yaradılması prinsipi pozuldu. Bir çox ərazilərdə yüksək sürətli internetin olmaması, ailələrin məıişət şaraitinin pis olması, insalarımızın tam olaraq müasir İT istifadə edə bilməməsi, uşaqların təhsil alması üçün ciddi maneələr yaratdı.

2) Bərabərlik prinsiöi təkcə ailələrdə yox, məktəblər arasında da pozuldu. Çünkü bir çox təhsil müəssisələrinin və müəllimlərin onlayn sahədə tədrisi təşkil etmək üçün yetəri texniki imkanları və bilikləri yox idi. Digər tərəfdən, təhsil müəssisələrinni daxili kommunikasiyaların (müəllimlərin və təhsil müəssisələrinin rəhbərlərinin biri biri ilə ünsiyyəti) yaxşı səviyyədə olmamasını göstərdi. Daxili kommunikasiya hər bir müəssisənin inkişafında və oradakı sosial kapitalın formalaşmasında əsas faktordur.

3) Bəzi müəlimlərimiz gün ərzində 10-15 saat onlayn rejimdə işləmək məcburiyyətində qaldı. Çünkü təhsil iştirkçılarının onlayn rejimdə ünsiyyət vərdişləri formalaşmayıb, normativlər müəyən olunmayıb. Bu fədakar müəllimlər həm uşaqların təhsil almasına görə narahat idilər, həm bu vəzyyətdən istifadə edən və “simulyasiya” ilə məşqul olan müllimlərin əvəzinə dərs keçirdi, həmdə cəmiyyətdə öz məktəbinin nüfuzunu qorumağa çalışırdı.

4) Pandemiya dövründə Məktəb- Şagird- Valideyn arasında yeni kommunikasiya qaydaları formalaşdı, təhsil prosesinin iştirakçıları arasında çox vacib olan qeyri formal ünsiyyətin formalaşması prosesini izlədik. Bu insiyyət az bir zamanda gərginliklə müşahidə olunsada (gərginliyin səbəbi pandemiya dövrünün tələblərinə görə daha çox müvəqqəti azadlığın məhduduyyəti ilə bağlı idi) , çox zaman səmimilklə yadda qaldı, hansı ki, müasir tədrisdə çox vacib faktordur. Valideynlər uşaqlarının real vaxt rejimində təhsil alma prosesini izləyə bildilər. Əgər pandemiyadan öncə Valideyn uşağının keyfiyyətli təhsil alması üçün bütün məsuliyyəti məktəbin üstünə atırdısa, bu dövrdə valideyn özüdə uşağının dərs oxumağı üçün məsulliyyət daşıdı.

5) Bütün dünyada olduğu kimi, pandemiya dövrü göstərdi ki, innovasiyalar güclü və hazırlıqlı qruplar tərərfindən daha tez mənimsənilir, buda öz növbəsində sosial bərabərsizliyi bir azda artırır və məktəbin bu istiqamətdə bərabərliyi təmin etmək üçün imkanları çox böyükdür. Həssas təbəqəli ailələrin müəəyən olunması və onlara texniki , psixoloji yardımların edilməsində məktəblər çox iş görə bilər.

6) Rəqamsal didaktika formalaşmalıdır, müəllimlərimizin İnformasiya Texnoloqiyalarını bilməsi o demək deyil ki, onlar onlayn dərslərin keçirilməsində problem yaşamayacaqlar. Onlayn dərsi necə tədris etmək və qiymətləndirilməsi ilə bağlı metodiki tövsiyyələr hazırlanmalıdır.

İndi isə yeni tədris ilində tədrisin hansı formada aparılması variantlarını araşdıraq. Bütün dünyada olduğu kimi bizidə narahat edən suallar var: pandemiya dövründən sonra təhsil sahəsini nə gözləyir? Biz hansı formatda təhsil almağa hazır olmalıyıq?

İlk növbədə onu vurğulayaq ki, dünyanın əksər ölkələri, bizim ölkəmizdə olduğu kimi təhsil prosesinin bütün iştirakçıları, ənənəvi təhsil formatına tez keçirilməsinə üstünlük verirlər (bir çox ölkələrdə aparılan sorğuların nəticələri). Təhsil prosesinin onlayn və ya oflaynda olması ilə bağlı çoxlu müzakirələr aparılsada, bu sahədə dəqiq “həll” təqdim edən olmayıb.

Təklif olunan variantlardan ən üstünü və reallığı əks etdirən qarışıq təhsil formasına keçiddir (onlayn və oflayn). Ənənəvi və yeni ünsiyyət formaları qorunub saxlanılmalıdır. Bir tərəfdən biz qolobal informasiya dövründə yaşayırıq, və istəyimizdən asılı olmayaraq rəqamsal texnoloqoyalarla ünsiyyətdə olmalıyıq, digər tərəfdəndə müasir dövrün təhsil müəssisəsi təkcə biliyi translyasiya edən, ötürən müəssisə deyil, yaşamaq üçün sosial vərdişləri öyrədən və müxtəlif təbəqələrin bir yerdə və eyni zamanda görüşdüyü bir yerdir. İstər onlayn, istərsədə oflayn ünsiyyətimiz daha da çoxalacaq. Digər tərəfdəndə qarışıq təshilin aşağıdakı üstünlükləri var:

1) Təhsil sahəsində canlı ünsiyyət bərpa olunmalıdır. Müasir pedaqoji və tərbiyyəvi baxımından canlı ünsiyyət çox vacib rol oynayır. Üz üzə təhsil forması humanist pedaqoqika üçün çox vacib şərtdir. Digər təfərdən, bizim üçün ən əsas amil İnsanlarımızın sağlamlığıdır. Qarışıq təhsildə biz bu balansı qoruya bilərik. İbtidai siniflər tam olaraq ənənəvi təhsil formasında iştirak etməlidir.

2) Qarışıq təhsilin tətbiq olunması onlayn təhsil alətlərinin formalaşması, texniki təchizatının bərpa olunması, kadr hazırlığı, didaktikanın hazırlanması, hüququ bazanın təkmilləşdirilməsi üçün şərait yaradacaq

3) Orta məktəblərin yuxarı siniflərində (əsaəsn 11 ci sinifdə) və ali təhsil müəssisələrində qarışıq təhsilin tətbiq olunması, təhsil alanların sərbəst təhsil almaq bacarıqlarını formalaşdıracaq, onların daha çox praktiki təcrübə toplamalarına kömək edəcək, tələbələrə öz ixtisasları ilə bağlı müxtəlif layihələrdə iştirak etmək üçün və elmi tədqiqqatlarla bağlı daha çox vaxt qazandıracaq

4) Onlayn təhsil ucqar kənd məktəblərində müəyyən fənlər üzrə kadr defisitini aradan qaldıra bilər. Belə ki, ölkəmizdə ən yaxşı müəllimlər bu və ya digər fənnən əlavə müqavilə ilə tədris ucqar kənd məktəblərində onlayn dərs keçə bilərlər (texniki təchizat və hüquqi baza olarsa). Buda öz növbəsində yerindən asılı olmayaraq, hər bir şagirdimizin daha yaxşı təhsil almasına şərait yaradar.

5) Bildiyimiz kimi STEAM layihəsinin əsas faktorlarından biri fənlərarası kəsişmədə yaranana yeni biliklərlə bağlıdır. Ökəmizdə bütün məktəblər buna hazır deyil. Qarışıq təhsil sahəsində STEAM layihəsinə çoğrafi məkandan asılı olmayaraq daha çox şagirdimizi cəlb etmək olar.

6) Qarıışıq təhsildə təhsil müsəssisələri rəqabətdən çox əməkdaşlığa şərait yaradacaqlar. Çünkü əməkdaşlıq nəticəsində yeni biliklər və yaradılcılıq formalaşır.

Və sonda, koronavirus problemi göstərdi ki, məktəbi bir sosial institut kimi tarixə “qovuşdurmaq” mümkün deyil. Çünkü məktəbin cəmiyyətdə həyata keçirdiyi tərbiyəvi və sosial funksiyaları rəqamsal platformalar həyata keçirə bilmir və bunu əvəz edə bilən başqa bir sosial institut da yoxdur.

Bu baxımdan, məktəb cəmiyyətin özünün dəyişikliklərə hazırlayan bir məkandır. Bu yolda Azərbaycan Məktəbinə uğurlar arzulayırıq.

Afər Kərimov

Təhsil Siyasəti üzrə Magistr.

Comments


bottom of page