top of page

Təhsil naziri xəstəxanaya gedib məktəbliyə baş çəkdi

Təhsil naziri IX sinif şagirdinə baş çəkib.



Sentyabrın 10-da Təhsil naziri Emin Əmrullayev üç gün əvvəl müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən Bakı şəhəri 313 nömrəli tam orta məktəbin şagirdi Solmaz Hacıyevaya baş çəkib.


Məktəblinin müalicəsinin gedişi ilə maraqlanan Təhsil naziri şagirdin valideynləri və həkimlərlə görüşərək onlarla söhbət edib.


Emin Əmrullayev şagirdin tez sağalması və normal həyata qayıtması üçün lazımi dəstək göstəriləcəyini bildirib,  ona Allahdan şəfa diləyib.

Azadpress.az

コメント


bottom of page