Tanınmış meyxanaçı Vüqar Əbdülov ev alqı-satıqısına başlayıb.
Meyxanaçı ev alğı-satıqısı ilə bağlı ofisin qarşısından fotosunu bu sözlərlə paylaşıb: "Keçdik bu işlərə. Allah alana da, satana da xeyir versin".
Vüqar Əbdülov bir müddət bundan əvvəl Musavat.com-a açıqlamasında toylarsız qalan digər həmkarları kimi maddi vəziyyətinin çox ağır olduğunu bildirmişdi. Meyxanaçı sənətdən başqa bir iş bacarmadığını, gələcəkdə veriliş və filmlərdə, televiziya və yaxud mətbuatda işçi kimi çalışmağı düşündüyünü demişdi. Azadpress.az
Comments