Donald Trampın "Ferrari"si auksiona çıxarılacaq.
Azadpress.az xarici mediaya istinadən xəbər verir ki, "Mecum Auctions", 7-16 yanvar tarixləri arasında ABŞ Prezidenti Donald Trampa məxsus Ferrari F430 avtomobilinə hərrac elan edib.
2007-ci ildə buraxılan yarış avtomobilinin başlanğıc qiyməti 400 - 500 min ABŞ dollarıdır.
Auksion nümayəndələri, alıcıya yalnız super avtomobili deyil, həm də ilk sahibi haqqında məlumatları təsdiqləyən sənədlərin surətlərini təqdim edirlər. O, Donald Trumpın bir vaxtlar tamamilə yeni avtomobili satın aldığı haqqında bütün sənədlərə və imzasına sahib olacaq.
Nəqliyyat vasitəsi təxminən 6910 mil (11 min kilometrdən çox) yol qət etmişdir. Avtomobil orijinal Ferrari rəmzləri ilə bəzədilmiş bej rəngli dəri interyerə malikdir. Azadpress.az
Comments