Ermənistanda dünən keçirilən parlament seçkilərindən sonra yerlərin necə bölüşdürüləcəyi məlum olub. Baş nazir, “Vətəndaş müqaviləsi” partiyasının lideri Nikol Paşinyan Facebook-da bildirib ki, onun partiyası 105 yerlik parlamentdə azı 71 yer qazanıb. Bu, konstitusion çoxluq deməkdir və Paşinyana təkbaşına hökumət formalaşdırmağa tam imkan verir.
Robert Köçəryanın “Ermənistan” bloku 27 mandat alacaq, “Şərəfim var” bloku isə 6 mandata ümid edə bilər.
Hələlik Robert Köçəryan və Serj Sərkisyanın, eləcə də digər müxalifət liderlərinin seçkilərin nəticələrinə dair bəyanatları yoxdur. Bununla belə, seçkilərdə ciddi pozuntular qeydə alınmadığı üçün onların nəticələrin legitimliyini tanıması qaçılmaz hesab edilir.
O cümlədən Paşinyanın ünvanına xarici ölkə başçılarından hələlik təbriklər daxil olmayıb.
Azadpress.az
Commenti