Pakistanın cənubundakı Bəlucistan əyalətində yerli vaxtla saat 22:01-də (Bakı vaxtı ilə saat 02:01-də) 5,7 maqnitudada zəlzələ baş verib. Zəlzələ zamanı azı 20 nəfər həlak olub. Xarici KİV-lərin yaydığı xəbərə görə, təbii fəlakət zamanı 300-dən çox insan xəsarət alıb. Yeraltı təkanlar əyalətin Kvette, Sibbi, Pişine, Çaman və digər şəhərlərində hiss edilib. Hakimiyyət orqanları təbii fəlakətin fəsadlarının aradan qaldırılması və qiymətləndirilməsi ilə məşğuldur. Qeyd edilir ki, əyalətin inzibati binaları dağılıb.
top of page
bottom of page
Comments