Operativ Qərargah hansı qərarlarını dəyişəcək? - Toylar və metro...
Bunu Milli.Az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri Aydın Əliyev deyib.
Şöbə müdiri bildirib ki, yerüstü nəqliyyat çatdırmır, problemi təcili aradan qaldırmaq üçün metronun fəaliyyəti təcili bərpa edilməlidir:
"İctimai nəqliyyatda dəhşət sıxlıq var. İndi tədris prosesi də əyani şəkildə fəaliyyətini davam etdirir, bu da yollarda və sərnişin avtobuslarında çox böyük tıxaclara səbəb olur. Bu problemi təcili aradan qaldırmaq üçün metro açılmalıdır, başqa yolu yoxdur. Çünki yerüstü nəqliyyat çatdırmır.
Metro ilə müqayisədə toy mərasimlərinin keçirilməsi ilə bağlı bir az fərqli fikirdəyəm. Həqiqətən mən özüm də çox toplaşmağın əleyhinəyəm, tövsiyə etmirəm. Ona görə də yaxşı olar ki, bütün nişanlı gənclər, ailə qurmaq istəyənlər Vətəndaş Vəziyyətləri Aktlarının Qeydiyyat Şöbəsinə (VVAQ) getsinlər, nikaha girsinlər, qovuşsunlar. Nə vaxt pandemiya sakitləşər, o zaman da toylarını edərlər. Bəziləri deyə bilər ki, "kafelər, restoranlar, çay evləri fəaliyyət göstərir, orada da az adam olmur, orada da bir masa arxasında bir neçə insan əyləşir. Niyə onlara icazə verilir, amma toyların keçirilməsi qadağası qüvvədə qalır?!".
Məsələ belədir ki, biri var restoran açılıbdır, insanlar masa arxasında oturublar. Toyda axı belə olmur. Toyda hamı qucaqlaşır, öpüşüb görüşür. Sıx şəkildə rəqs edirlər. Bu gün toy məsələsində bir az ehtiyatlı olmaq lazımdır. Amma evlənmələr olmalıdır. Çünki bu, demoqrafiq problemlər yarada bilər. Amma toyların keçirilməsinə hələ tələsmək lazım deyil". Azadpress.az
コメント