top of page

"NATO Rusiya və Belarusa zərbəyə hazırlaşır"


NATO-nun strateji bombardmançılarının nümayişkəranə uçuşları, böyük ehtimalla, Belarus və Rusiyaya zərbə variantlarını özündə ehtiva edir.

Axar.az xəbər verir ki, bu sözləri Belarus ordusunun baş qərargahı rəhbərinin birinci müavini İqor Korol deyib.

O bildirib ki, ilin əvvəlindən qonşu ərazilərdə 9 belə uçuş həyata keçirilib:

“Bütün aviasiya arsenalı – strateji kəşfiyyat təyyarələrindən kəşfiyyat-zərbə pilotsuz uçuş aparatlarına kimi, hərəkətə keçib”.

İ.Korol əlavə edib ki, ABŞ və NATO ölkələri mümkün əməliyyatı hücum kimi deyil, böhranlı vəziyyətə müdaxilə kimi dəyərləndirir.


Comments


bottom of page