top of page

Məleykə Abbaszadə imtahanların yeni qaydalarını və qrafikini açıqladı


Koronavirusun ötən ilin payızından etibarən dünyada yenidən sürətlə yayılması, ikinci dalğanın başlaması əksər ölkələr kimi Azərbaycanı da karantin rejimini yenidən sərtləşdirməyə məcbur etdi. Bir çox iş yerləri və xidmət sahələri fəaliyyətini dayandırdı, o cümlədən sentyabrın sonlarına doğru məhdud formada fəaliyyətə başlayan məktəblər də yenidən bağlandı. Bütün səviyyələr üzrə dərslər online rejimə keçirildi. Daha sonra Vətən müharibəsinin başlamasına görə ölkə üzrə iki aya yaxın internet məhdudiyyəti də tətbiq olundu və nəticədə online tədris prosesi də dayandırıldı. Bütün bunlar heç şübhəsiz ki, tədrisə ciddi zərbə vurub və dərs ilinin yarısının artıq arxada qaldığı bir vaxtda ekspertlər bu il imtanahların taleyinin necə olacağına dair narahatlıq ifadə edirlər.

Virtualaz.org xəbər verir ki, Dövlət İmtahan Mərkəzi aparılmış təhlillərdən sonra bu ilki imtahanların (bütün səviyyələrdə) keçirilməsinə dair qaydaları işləyib hazırlayıb. Mərkəzin sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bu qaydalar haqda danışıb.



M.Abbaszadə deyib ki, COVID-19 pandemiyasına görə 2020-ci il tək Azərbaycan üçün deyil, həm də bütün dünya üçün gözlənilməz oldu. "Virusla bağlı yaranmış vəziyyət dünya təhsil sisteminə ciddi təsir göstərdi. Təhsil sistemi böhrana uğradı. Təbii bizim məqsədimiz bu böhrandan minimum itkilərlə çıxmaqdır”, - o deyib.

M.Abbaszadə bildirib ki, pandemiyanın tədris prosesinə təsirləri nəzərə alınaraq 2021-ci il buraxılış imtahanı fənlərinin həm 9, həm də 11-ci siniflər üzrə tərtib edilmiş proqramları da sadələşdirilib.

Onun sözlərinə görə, 9 illik təhsil bazası üzrə buraxılış imtahanı proqramlarında əsas (baza) hissə olaraq 5-ci sinifdən 9-cu sinfin birinci yarımilinədək keçirilmiş mövzular, 11 illik təhsil bazası üzrə isə 11-ci sinfin birinci yarımilinədək keçirilmiş mövzular əsas götürüləcək. Hər iki sinif üzrə ikinci yarımildə tədrisi nəzərdə tutulan mövzular üzrə olan tapşırıqlar isə aşağı siniflər (müvafiq olaraq 5-8 və 5-10-cu) həcmində hazırlanacaq.



“Bilirsiniz ki, 9-cu sinif üzrə buraxılış imtahanları 1 mərhələdə keçiriləcək. Bu ildən etibarən ümumi orta təhsil səviyyəsi üzrə buraxılış və orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu imtahanlarının bir mərhələdə keçirilməsi nəzərdə tutulur”,-M.Abbaszadə deyib.

(DİM tərəfindən hazırlanmış bu dəyişiklikləri nəzərdə tutan və aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış Nazirlər Kabinetinin qərar layihələri hazırda Nazirlər Kabinetində baxılmaqdadır).

DİM rəhbəri onu da bildirib ki, mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq həm buraxılış, həm də qəbul imtahanı çərçivəsində keçirilən Azərbaycan dili (dövlət dili kimi) fənni imtahanında şagirdlərə (abituriyentlərə) audio mətn təqdim olunmayacaq, yalnız test tapşırıqları təqdim olunacaqdır. Buna görə də Azərbaycan dili (dövlət dili kimi) fənni imtahanının qanunvericilikdə nəzərdə tutulduğu kimi 1 saat 30 dəqiqə deyil, 45 dəqiqə keçirilməsi nəzərdə tutulur.

“Bunları artıq elan etmişik. İmtahan modelini də “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim etmişik. Ancaq biz Təhsil Nazirliyi ilə birgə imtahanının strukturunu yenə də müzakirə edəcəyik və ola bilsin ki, açıq sualların təqdim edilmə forması daha da sadələşdirilsin.

Ali təhsil müəssisələrinə qəbul imtahanı proqramları da sadələşdirilib. Təhsil Nazirliyi ilə birgə müzakirələr aparılıb və hazırkı təlim-tədris prosesi əlaqədar mənimsənilməsi çətin olan mövzular müəyyənləşdirilərək proqramlardan çıxarılıb”,-M.Abbaszadə bildirib.

DİM rəhbəri təsdiq edir ki, pandemiya 2020/2021-ci tədris ilində bəzi mövzuların mənimsədilməsində çətinliklər yaradıb. Karantin dövrünə təsadüf etdiyindən fənlər üzrə bəzi mövzuların tədrisi qənaətbəxş olmayıb: “Lakin bu o demək deyil ki, həmin mövzulardan ümumiyyətlə sual salınmamalıdır. Azərbaycan dili ilə bağlı bir nümunəyə baxaq".

Onun bildirdiyi kimi, 11-ci sinifdə tədris olunan dilçiliyin önəmli bölmələrindən olan “Üslubiyyat” üzrə bilik və bacarıqların təməli, əsasən, aşağı siniflərdə qoyulur, şagird bu bölmədəki əksər mövzular üzrə kifayət qədər məlumatla tanış olur. Buna görə də şagirdin bölmədəki bəzi mövzular üzrə tapşırıqları təhsilin aşağı pillələrində mənimsədiyi bilik və bacarıqlar əsasında cavablandırması mümkündür.

“Məsələn elmi üslub haqqında məlumat həm 10-cu, həm də 11-ci sinif “Azərbaycan dili” dərsliklərində verilir. 11-ci sinifdə bu mövzunun tədrisi karantin dövrünə təsadüf etsə də, mövzu üzrə müəyyən tapşırıqlar 10-cu sinifdə mənimsədilmiş bilik və bacarıqlara əsasən cavablandırıla bilər. Burada hər hansı problem yoxdur”, - Abbaszadə bildirib.

Dövlət İmtahan Mərkəzi (DİM) fevral-mart aylarında keçirilməsi nəzərdə tutulan imtahanların siyahısı və keçirilmə tarixlərini açıqlayıb.

Qarfik və tarixlər aşağıdakı kimidir:

İmtahanın adı

Keçirilmə tarixi

GRE

01/22.02.2021

Prokurorluq orqanlarına qulluğa qəbul üçün test imtahanı

05.02.2021

TOEFL İBT

06/10/20/27.02.2021

Ədliyyə orqanlarına qulluğa qəbul üçün test imtahanı

13.02.2021

1. Doktoranturaya xarici dil üzrə qəbul imtahanı

2. Fəlsəfə doktoru təhsili alanlar üçün xarici dil imtahanı

14.02.2021

Fəlsəfə doktoru təhsili alan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan dili imtahanı

15.02.2021

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatının verilməsi üçün imtahan

18.02.2021

Dövlət qulluğuna qəbul imtahanının test mərhələsi

19.02.2021

Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün sınaq imtahanı

21.02.2021

Magistratura səviyyəsinə qəbul imtahanı (1-ci şans)

28.02.2021

GRE

01/26.03.2021

Vəkillik fəaliyyəti ilə bağlı test imtahanı

05.03.2021

1. Peşə liseylərinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün buraxılış imtahanı

2. Dövlət qulluğuna qəbul imtahanın test mərhələsi

07.03.2021

TOEFL İBT

10/13/27.03.2021

SAT

13.03.2021

Vergi orqanlarına qəbul üçün test imtahanı

13.03.2021

Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbində təhsil almaq istəyən şagirdlər üçün qəbul imtahanı

14.03.2021

2021-ci il aprel-sentyabr aylarında keçirilməsi planlaşdırılan imtahanlar

1. Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları;

2. Əvvəlki illərin məzunlarının ali məktəblərə qəbul imtahanı (1-ci mərhələ);

3. Dövlət qulluğuna qəbul imtahanın test mərhələsi.

Aprel ayı ərzində

GRE

02.04.2021

1. Ali təhsil müəssisələrinə qəbul imtahanı (1-ci şans);

2. Tədrisi Azərbaycan dilindən fərqli dildə aparan ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı (1-ci şans);

3. Dövlət qulluğuna qəbul imtahanın test mərhələsi

4. Rezidenturaya qəbul imtahanı (1-ci mərhələ, 1-ci şans)

May ayı ərzində

GRE

03.05.2021

SAT

08.05.2021

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı

May-iyun ayları ərzində

1. Əvvəlki il məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanı

2. Magistratura səviyyəsinə qəbul imtahanı (2-ci şans)

3. Tədrisi Azərbaycan dilindən fərqli dildə aparan ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı (2-ci şans)

4. Dövlət qulluğuna qəbul imtahanın test mərhələsi

İyun ayı ərzində

GRE

04.06.2021

SAT

05.06.2021

1. Dövlət qulluğuna qəbul imtahanın test mərhələsi

2. Ali məktəblərə qəbul imtahanı (2-ci şans)

İyul ayı ərzində

1. Dövlət qulluğuna qəbul imtahanın test mərhələsi

2. Rezidenturaya qəbul imtahanı (1-ci mərhələ, 2-ci şans)

Avqust ayı ərzində

1. Buraxılış imtahanı (payız, təkrar)

2. Dövlət qulluğuna qəbul imtahanın test mərhələsi

3. Rezidenturaya qəbul imtahanı (2-ci mərhələ)

Sentyabr ayı ərzində

ACCA

(İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası)

Hər həftənin II günləri (10:00–13:30) və IV günləri (10:00-18:00)

PTE Academic

Hər həftənin II günləri (14:00-17:00)

Pearson VUE-nun ixtisaslaşma imtahanları

Hər həftənin I günləri (08:30–13:30, günorta növbəsi: 14:00-17:00)

ТРКИ

Rus dili xarici dil kimi testi

Hər həftənin V günləri (11:00-17:00), eləcə də onlayn qaydada hər həftənin VI günləri (11:00-17:00)

ICDL

Beynəlxalq Kompüter İşlətmə Lisenziyası

Hər həftənin III günləri (09:00–17:00)

Comments


bottom of page