top of page

ISR Holding yaralı hərbçilərin müalicəsinə dəstək olacaq


ISR Holding, MediClub və A Qroup sığorta şirkəti ikinci Qarabağ müharibəsindəki döyüş əməliyyatları zamanı ağır yaralanan Azərbaycan hərbçilərinə pulsuz tibbi yardım göstərilməsi təşəbbüsü ilə çıxış ediblər.


MediClub xəstəxanası, ağır yaralı əsgərlərin rayon xəstəxanalarından gətirilməsi üçün bütün xərcləri öz üzərinə götürüb. Cərrahiyyə, intensiv terapiya, uzun müddətli süni ağciyər ventilyasiyasına (ALV) qədər lazımi müalicə də MediClub klinikasında aparılır.

Əsgərlərin fiziki və psixoloji reabilitasiyası MİTRİ Reabilitasiya Mərkəzində (Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu) həyata keçirilir.

Müalicə proqramı çərçivəsində rekonstruktiv və rekonstruktiv və plastik cərrahiyyə əməliyyatlarının da həyata keçirilməsi planlaşdırılır. Müalicənin bu mərhələsinə Moskvadan bir plastik cərrah, bu sahədə geniş təcrübəyə malik professor Teymur Quliyev cəlb edilib.


İSR Holding, MediClub və A-Qroup, Azərbaycan ordusunun əsgərlərinə tibbi müalicəni davam etdirməyə hazır olduqlarını bildirirlər. Azadpress.az







תגובות


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page