top of page

Gürcüstan Azərbaycan şirkətini ölkəyə buraxmır


Gürcüstanın "Kavkazus Onlayn" şirkəti 270.000 lari cərimə edilib.

Axar.az xəbər verir ki, bu məlumatı Gürcüstanın Birinci kanalı yayıb. Buna səbəb şirkətin Kommunikasiya Komissiyasının izni olmadan öz payını Azərbaycanın NEQSOL kompaniyasına satmasıdır.

Şirkətə sentyabrın 20-nə qədər aksiyaları əvvəlki vəziyyətinə qaytarmaq tələbi qoyulub.

Qeyd edək ki, bundan öncə NEQSOL şirkəti "Kavkazus Onlayn" şirkətinin səhmlərinin 49%-ni 60 milyon dollardan çox pul ödəyərək alıb. Bu addım Tiflis, İrəvan və Moskvada narazılığa səbəb olub. Azərbaycan tərəfi Tiflisin razılaşmaya xələl gətirəcək addım atacağı təqdirdə bunun Gürcüstanın imicinə ziyan vuracağını bildirib.

"Kavkazus Onlayn" şirkəti Avropadan Qara dənizin dibiylə gələn fiber optik internet xəttinə nəzarət edir. Azadpress.az

Comments


bottom of page