top of page

"Fitch": Bu il Azərbaycanın ÜDM artımı 3,6%-ə çatacaq


“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın ÜDM artımını 2022-ci ildə 3,6%, 2023-cü ildə isə 2% səviyyəsində proqnozlaşdırır.


APA-Economics” “Fitch Ratings”ə istinadən xəbər verir ki, Azərbaycanda orta illik inflyasiyanı 11,7% səviyyəsində proqnozlaşdırır.


“Ötən ilin eyni dövrü ilə müqayisədə mart ayında 16,8% bahalaşan ərzaq qiymətləri Ukrayna və Rusiyadan idxalın, xüsusilə buğdanın azalmasından asılı olacaq. Dünya bazarında əmtəə qiymətlərinin aşağı düşməsi, tədarük zəncirlərindəki fasilələrin aradan qalxması 2023-cü ildə Azərbaycanda inflyasiyanın 7,2%-ə enməsinə şərait yaradacaq”, - agentliyin proqnozunda qeyd edilib.

Agentliyin hesablamalarına görə, neftin yüksək qiyməti icmal büdcənin profisiti üçün ilkin şərtlər yaradır: “2022-ci ildə enerji ixracı gəlirlərində daha güclü artım fonunda profisit ÜDM-in 10,9%-nə yüksələcək və enerji qiymətlərinin aşağı düşməsi səbəbindən 2023-cü ildə 5,2%-ə qədər azalacaq. Biz işğaldan azad edilmiş ərazilərdə planlaşdırılan xərclərin demək olar ki, tam yerinə yetirilməsini nəzərdə tuturuq ki, bu da 2022-2023-cü illərdə ÜDM-in orta hesabla 2,1%-nə bərabərdir”.

コメント


bottom of page