Sentyabrın 27-də Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin desant həmlə taborunun komandiri, polkovnik-leytenant Lernik Babayan məhv edilib. Onun komandiri olduğu hərbi hissənin şəxsi heyəti ağır itkilərə məruz qalıb.
Azadpress.az avision.az-a istinadən xəbər verir ki, Lernik Balayan işğalçı ordunun əsas aparıcı qüvvələrindən biri hesab olunurdu. O, Azərbaycan Silahlı Qüvvələrinə qarşı həyata keçirilən bir çox təxribatların təşkilatçısı olub.
28 avqust 2013-cü il tarixində Tavuş vilayətinin Berd şəhərində tabeliyində olan əsgərlərlə birlikdə minaya düşərək ağır yaralanıb. Sağaldıqdan sonra yenidən "xidmətə" qayıdan Babayan 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib. Azadpress.az
Comments