top of page

Donetsk separatçıları hücum edib




Martın 7-də Ukraynanın ərazisində 7 ildir “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adlı qondarma “respublikalar” yaratmış separatçılar Ukrayna ordusunun mövqelərinə ağır silahlardan zərbə vurublar. “DXR” rəhbərliyi bildirib ki, dəfəfələrlə xəbərdarlıqlara baxmayaraq, ATƏT müşahidəçiləri “Ukrayna ordusunun onların mövqelərinə zərbələrini gözardı etmələri” səbəbindən qabaqlayıcı zərbələr vurmağa qərar veriblər. Martın 7-nə keçən gecə Ukrayna ordusunun mövqeləri ardıcıl top atəşinə tutulub. Rusiya mənbələri xəbər verir ki, Ukrayna ordusu ciddi itkilər verib.


“DXR”in “informasiya nazirinin birinci müavini” teleqram kanallarının birinə açıqlamasında Ukrayna ordusu və prezident Vladimir Zelenski haqda aşağılayıcı tonda danışıb. "Əsas odur ki, dayanmayaq. Zelinin (Ukrayna Prezidentini nəzərdə tutut-red) Napoleonsayağı xoruz papağını əbədi olaraq göyə uçuraq” deyə, o bildirib.


Ukrayna qoşunlarının komandanlığı itkilər barədə hələ məlumat verməyib. Eyni zamanda, sosial şəbəkələrdə şahidlərə istinadən zərbə nəticəsində çox sayda Ukrayna hərbçisinin öldüyünü və yaralandığı haqda bilgilər yayılır.


Mixail Xramkov adlı sosial şəbəkə istifadəçisi bu gün səhər "Rus baharı" adlı veb-saytındakı şərhində Ukrayna ordusunun 20-dən çox itkisi olduğunu, 25 nəfərin isə ağır yaralandığını, yaralıların Kiyevə aparıldığını iddia edib.


Daha bir istifadəçi Ukrayna ordusunun bir bölüyünü itirdiyini, yerli televiziyaların isə bu barədə xəbərləri gizlətdiyini yazıb. Separatçılara dəstək verənlər hərbi zərbələri davam etdirməyi tövsiyə edir, “çoxdan belə lazım idi, onların dərsi verilməlidir” kimi qızışdırıcı mövqe tutublar.

Azadpress.az


コメント


bottom of page