Elman Rüstəmov devalvasiya söhbətləri barədə: “Əhalimizi belə bir şayiələrə inanmamağa çağırıram!”
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Milli Məclisdəki büdcə müzakirələrində çıxış edərkən devalvasiyanın olacağı ilə bağlı söz-söhbətlərə reaksiya verdi. “Hansısa qüvələr arzu etdiklərinireallıq kimi görmək istəyir. Bu proseslər üçün heç bir əsas yoxdur”.
E.Rüstəmov dedi ki, çətinliklərin mövcud olduğu cari ildə əgər Azərbaycan rəhbərliyi, Azərbaycan hökuməti devalvasiyaya getmədisə, deməli, bu məsələ öz aktuallığını saxlamır. “Mən əhalimizi belə bir şayiələrə inanmamağa çağırıram! Hal-hazırda ölkəmizdə nikbinlik hökm sürür. Heç kəs ölkəmizdə olan nikbinliyə xələl gətirməyə çalışmasın!”
Azadpress.az
Comments