top of page

Bəhram Bağırzadənin vəziyyəti kəskinləşib


Koronavirusa yoluxan Bəhram Bağırzadə reanimasiyaya yerləşdirilib - Həkimdən açıqlama.

Koronavirusa yoluxan Əməkdar artist Bəhram Bağırzadənin vəziyyəti ağırlaşıb.

Azadpress.az "MediaPost"-a istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı Şəhla Bağırzadə məlumat verib. O bildirib ki, Bəhram Bağırzadənin vəziyyəti yetərincə ciddidir:


"Bir həftədir ki, onun səhhətində problemlər yaranmışdı və getdikcə artmağa başladı. Hazırda o, xəstəxanada müalicə alır. Həkimlər onun sağalması üçün hər şeyi edir. Dövlət də hər şeyi təşkil edib. Dua edək ki, hər şey yaxşı olsun".

***

Koronavirusa yoluxan Əməkdar artist Bəhram Bağırzadə hazırda Mərkəzi Gömrük Hospitalında müalicə olunur. Bu barədə Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev məlumat verib.

O bildirib ki, Bəhram Bağırzadə vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb:


“Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu aşkarlanıb. 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq saturasiyanın artırılmasına nail olunmayıb. Saturasiya günboyu aparılan müalicələr ilə yenə 50% ətrafında olduğuna görə saat 23:00 radələrində konsilium keçirilib və xəstənin EKMO cihazına qoşulmasına qərar verilib. Azadpress.az

Comments


bottom of page