ABŞ-da keçiriləcək prezident seçkilərində demokratlardan namizəd olacaq Cozef Bayden ölkənin vitse-prezidenti vəzifəsinə namizəd seçib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə C.Bayden öz "Twitter" səhifəsində yazıb.
C.Bayden Kaliforniya ştatından senator Kamala Harrisi ABŞ-ın vitse-prezidenti vəzifəsinə namizəd seçdiyini elan edib: "Ən görkəmli dövlət məmurlarından biri olan Kamala Harrisi seçdiyimi elan etməkdən qürur duyuram".
Qeyd edək ki, noyabrın 3-ü ABŞ-da perzident seçkiləri keçiriləcək. Azadpress.az
Commentaires