Azərbaycan və Türkiyə rəsmiləri Tbilisidə Ankaradan Qars şəhərinə hərəkət edən “Şərq Ekspress" sərnişin qatarının marşrutunun Bakıya qədər uzadılmasını müzakirə ediblər.
Azadpress.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu məlumat verib. Onun sözlərinə görə, bu istək yaxın zamanda öz həllini tapa bilər:
"Hər zaman yükdaşıma ilə bağlı məsələri müzakirə edirik. Qarşıda infrastruktur hazır olanda sərnişin daşınması niyə həyata keçirilməsin?", - deyə nazir bildirib. Nazir Rusiya-Ukrayna müharibəsi nəticəsində nəqliyyatda yaranmış çətinliklərə görə region ölkələrinin infrastrukturlarını daha da inkişaf etdirməsinin vacibliyini vurğulayıb.
Qeyd: Bakı–Tbilisi–Qars və ya Bakı–Tiflis–Qars dəmir yolu xətti 30 oktyabr 2017-ci ildə istismara verilmiş dəmiryolu layihəsidir. Dəmiryolu xətti Azərbaycanın paytaxtı Bakı şəhərindən Gürcüstanın Tbilisi və Axalkalaki şəhərindən Türkiyənin Qars şəhərinə gedir. Bu dəmiryolu Azərbaycanla Türkiyəni birləşdirir. Dəmiryolunun ilkin açılış tarixi 2010-cu il, daha sonra 2013-cü il sonra 2015-ci il 2016, və ən nəhayət 2016-cı ildə keçirilmiş üçtərəfli görüşün nəticəsində 2017-ci il olaraq elan edilib.27 sentyabr 2017-ci ildə Tbilisidən Axalkalakiyə gedən ilk sınaq sərnişin qatarından sonra, BTQ dəmiryolu Ələtdə keçirilən təntənəli mərasimdə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən açılışı elan edildi. Bu dəmiryolu ilə Asiyadakı məhsulların Avropaya çatdırılması 15 gün kimi qısa bir zamanda olacaq. Layihənin məqsədi Türkiyə və Azərbaycanı (beləliklə Mərkəzi Asiya və Çini Avropa ilə) dəmiryolu vasitəsilə birləşdirmək məqsədi daşıyır. Bu dəmiryolu ilə üçüncü istismar ilində 3–5 milyon ton, beşinci istismar ilində 6–8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı nəzərdə tutulur.
Comments