top of page

“Bakı Nəqliyyat Agentliyi qədər vətəndaşı soyan ikinci bir qurum yoxdur”


“Məsələ pulun hara getməsində deyil, vətəndaşı kasıblaşdıracaq mexanizmin qabağını almaq lazımdır. Dövlətin hesabına keçən pulda da korrupsiyanın izləri olur. BNA qədər vətəndaşı soyan ikinci bir qurum yoxdur. Bu qurum şəhərdə lazımi infrastruktur yaratmayıb, yolun yarısını avtobuslar üçün nəzərdə tutub, amma vətəndaş tıxacda qalır. Necə yəni, onların vaxtı dəyərli deyil? Sən vətəndaşa münasib yol yaratmamısansa, niyə ondan cərimə pulu alırsan?”.


Editor.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Millət Vəkili bildirib ki, bu kimi məsələlərdə vətəndaşın dirənişi olmalıdır:

” Ucuz parkinq yaratmamısansa, niyə cərimə yazmalısan? Yəni bu kimi məsələlərdə vətəndaşın dirənişi olmalıdır. Düşünməlidir ki, qonşu onun nömrəsi haqda danışacaq deyə niyə nömrə üçün əlavə pul vermək nəyə lazımdır? İnsana ağlına görə qiymət verirlər. Narkoman da bahalı maşın sürə, nömrə ala bilər, nə olsun? Onda deyəcəklər ki, bu insan şəxsiyyətli adamdır?”.


Comments


bottom of page