Bakı Baş Gömrük İdarəsində iqtisadçılarla və ekspertlərlə növbəti görüş keçirilib.
Görüş gömrük rəsmiləşdirilməsi prosesində aparılan təkmilləşdirilmələr, tətbiq edilən yeniliklərlə bağlı ekspertlərin məlumatlandırılması, onların rəy və təkliflərinin öyrənilməsi məqsədilə təşkil olunub.
Tədbirdə iştirak edən ekspertlərə gömrük-biznes dialoqunun gücləndirilməsi, kommunikasiyanın müasir tələblər və qabaqcıl texnologiyalar əsasında qurulması, vətəndaş-məmur təmasının minimuma endirilməsi ilə bağlı təqdimatlar əsasında məlumat verilib.
Görüşdə ekspertlərin yeniliklərlə bağlı təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. Həmçinin ekspertlər gömrük rəsmiləşdirilməsi prosesini əyani şəkildə müşahidə edib, xidmət növləri üzrə inteqrə edilmiş mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar.
Kommentare