Azərbaycan artıq yeni növ silah və hərbi texnikanın alınması üçün Rusiyaya müraciət edib.
Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Nasionalnaya oborona” jurnalına müsahibəsində deyib.
Prezident qeyd edib ki, hərbi-texniki əməkdaşlıq da daxil olmaqla, bütün sahələrdə işlərimiz yaxşı gedir.
“Təbii ki, indi yeni inkişaflara baxırıq, texniki qruplar yeni imkanları öyrənir, artıq bəzi müraciətlər təqdim etmişik, ona görə də Rusiya ilə bu istiqamətdə əməkdaşlıq da inkişaf edəcək”, - Əliyev bildirib.
Azadpress.az
Comentarios