Maliyyə Nazirliyi 2020-ci il üzrə dövlət büdcəsinin icrasına dair ilkin məlumatı açıqlayıb.
Azadpress.az nazirliyə istinadən xəbər verir ki, operativ məlumatlara əsasən 2020-ci il üzrə dövlət büdcəsinin mədaxili 24124,0 mln. manat proqnoza qarşı 24679,2 mln. manat və ya 102,3 faiz icra olunmuşdur ki, bu da 2019-cu illə müqayisədə 461,1 mln. manat və ya 1,9 faiz çoxdur.
2020-ci il dövlət büdcəsi xərclərinin 16364,0 mln. manatı və ya 62,0 faizi cari xərclərə yönəldilmişdir ki, bu da 2019-cu illə müqayisədə 2835,1 mln. manat və ya 21,0 faiz çoxdur. Cari xərclər üzrə artım əsasən 2019-cu ildə dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda çalışanların əmək haqlarının və ölkədə pensiya və sosial ödənişlər üzrə baş vermiş artımların qarşlanmasına 2039,9 mln. manat, koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyatda yaratdığı mənfi təsirlərin azaldılmasına və mübarizə tədbirlərinə 609,0 mln. manat, ali təhsilin maliyyələşmədirilməsinə 186,2 mln. manat vəsait yönəldilmişdr. 2020-ci ilin dövlət büdcəsindən 8326,1 mln. manatı və ya 31,5 faizi əsaslı xərclərə (2019-cu illə müqayisədə 1046,1 mln. manat və ya 11,2 faiz az), 1726,2 mln. manatı və ya 6,5 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2019-cu illə müqayisədə 201,4 mln. manat və ya 13,2 faiz çox) yönəldilmişdir. 2020-ci ildə 2019-cu illə müqayisədə səhiyyə xərclərinə 1,9 dəfə və ya 814,0 mln. manat, sosial müdafiə və sosial təminat xərclərinə 36,2 faiz və ya 828,1 mln. manat, müdafiə və milli təhlükəsizlik xərclərinə (cari xərclər, dövlət investisiya qoyuluşu və ehtiyat fondlarından ayrılan vəsaitlərin cəmi) 36,1 faiz və ya 1072,6 mln. manat, təhsil xərclərinə 26,4 faiz və ya 579,9 mln. manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üzrə xərclərə 21,0 faiz və ya 317,1 mln. manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 7,3 faiz və ya 23,2 mln. manat, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi xərclərinə 2,1 faiz və ya 22,7 mln. manat çox vəsait yönəldilmişdir. Ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə 2020-ci ilin dövlət büdcəsində təsdiq edilmiş 3787,5 mln. manat müdafiə xərclərinə qarşı (cari xərclər, investisiya qoyuluşu və ehtiyat fondlarından ayrılan vəsaitlərin cəmi) 4426,8 mln manat vəsait ayrılmışdır ki, bu da 2019-cu illə müqayisədə 1072,6 mln. manat və ya 36,1 faiz çoxdur. Azərbaycan Respublikası Prezidentinin tapşırığına müvafiq olaraq dövlət büdcəsindən müdafiə xərclərinə əlavə ayrılmış vəsait hesabına yeni hərbi texnikanın alınması, ön cəbhəyə ezam olunmuş hərbi qulluqçuların və səfərbərliklə hərbi xidmətə çağırılmış zabit və gizir vəzifələrinə təyin edilmiş heyətin əlavə pul təminatı, Silahlı Qüvvələrə səfərbərliklə çağırılmış əsgər vəzifələrinə təyin edilmiş heyətə xidmət etdiyi müddətdə aylıq vəzifə maaşı və ona müəyyən edilmiş aylıq əlavənin ödənilməsi qarşılanmışdır.
Dövlət büdcəsindən hərbi qulluqçuların mənzillə təmin olunması ilə bağlı xərclər üçün 35,0 mln. manat vəsait ayrılmış və həmin vəsait hesabına Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi ilə inşa edilən Bakı və Naxçıvan şəhərlərində 485 ədəd tam təmirli mənzil alınmış və hərbi qulluqçuların mülkiyyətinə verilməsi rəsmiləşdirilmişdir. Azadpress.az
Comments