top of page

AzTV-də Kamilənin də verilişi bağlandı


Kamilə Babayevanın aparıcısı olduğu “Görüş yeri” verilişinin yayımı dayandırılıb.

Azadpress.az AzTV-də yayımlanan layihənin hansı səbəbdən bağlandığı açıqlanmayıb.

Aparıcının yeni mövsümdən başqa proqramla kamera qarşısına keçəcəyi bildirilir.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov məlumatı təsdiqləyib.

Kamilə Babayeva isə açıqlamasında verilişdə aparıcı kimi bir mövsümlük müqavilə bağladığını bildirib:“Bu verilişə gələrkən bilirdim ki, proqram mayın sonunadək davam edəcək. Çünki mənə deyildi ki, bir mövsümlükdür. Razılaşmam bu mövsümlük idi. Bütün verilişlər də əvvəlcədən çəkilib, təhvil verilir. Yeni mövsümdə başqa layihə ilə efirə çıxacam”. (Axşam.az)

Comments


bottom of page