top of page

Azərbaycan neft hasilatını azaldır


Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEK) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barrel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.

Azadpress.az xəbər verir ki,Azərbaycan Energetika Nazirliyi may-iyun aylarında öhdəliklərini tam yerinə yetirməyən ölkələrin isə bunu iyul, avqust və sentyabr aylarındakı hasilat göstəriciləri ilə kompensasiya etmələri razılaşdırılıb. 2020-ci ilin dekabarınadək Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) iclaslarının hər ay keçirilməsi zəruri hesab edilib. Nazirlərin Birgə Monitorinq Komitəsinin növbəti iclası isə 18 iyuna təyin edilib. (axar.az)

Comments


bottom of page