NASA nadir hadisə olan Mavi Ayın görünəcəyi günü açıqlayıb.
Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, Mavi Ay hadisəsi bu il 31 oktyabrda baş verəcək.
Qeyd edək ki, Mavi Ay bütöv Ayla eyni ayda olur və yalnız hər iki il yarım və ya üç ildə bir çıxır.
Dünyada meydana gələn vulkanik partlayışlar və meşə yanğınlarının səbəb olduğu toz buludlarının hərəkəti ilə bağlı olaraq mavi tonlarda görünən ay ilk dəfə 1883-cü ildə tam şəkildə müşahidə edilib.
Əslində, Ayın rənginin dəyişmədiyi, toz buludları səbəbindən belə göründüyünü bildirən astroloqlar "ən mavi ay"ın 1991-ci ildə müşahidə edildiyini bildirirlər.
"Mavi Ay" termin olaraq 1946-cı ildə "Sky& Telescope" jurnalı tərəfindən istifadə edilib.
Mavi Ay hadisəsi hətta filmlərin də mövzusu olub.
Azadpress.az
Comments