2040-cı ilədək elektrik avtomobillərinin illik satışının 3 milyondan 66 milyonadək artacağı gözlənilir. “Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu cür proqnozlarla “Bloomberg” agentliyi çıxış edib. Ekspertlərin hesablamalarına görə, təxminən 20 il sonra bazardakı avtomobillərin yalnız 1/3 hissəsi daxiliyanma mühərriyinə malik avtomobillərin payına düşəcək. Agentlik qeyd edir ki, hadisələrin bu cür gedişatı elektrik avtomobillərinin göstəricilərinin yaxşılaşması, müvafiq infrastrukturun inkişafı, həmçinin ölkələrin ekoloji təmiz nəqliyyat vasitələrinin inkişafına yönəlmiş siyasəti hesabına mümkün olacaq. Güman edilir ki, elektrik avtomobillərinə keçid üzrə liderlik Çinə və Avropa ölkələrinə məxsus olacaq. Qeyd edək ki, artıq dünyanın qabaqcıl bir sıra avtomobil şirkətləri yaxın illərdə elektrik avtomobillərinə keçid edəcəklərini bildiriblər. Məsələn, ABŞ-ın “General Motors” şirkəti 2035-ci ildə elektrik avtomobillərinə keçid etmək niyyətindədir. Bundan başqa, Böyük Britaniyanın “Jaguar Land Rover” və “Bentley Motors” şirkətləri də bu cür nəqliyyat vasitələrinin istehsalına keçid etmək niyyətindədirlər.
Комментарии