top of page

Əsədin ordusu Sarahib şəhərini geri aldı


5 gün əvvəl Suriya müxalifətinin qaytardığı Sarahib şəhəri yenidən Əsəd ordusu tərəfindən zəbt edilib.

İdlib vilayətində yerləşən Sarahib şəhəri Suriyanın paytaxt Dəməşq şəhəri ilə digər vilayətləri birləşdirən M4 və M5 tarslarının qovşağında yerləşən şəhər böyük strateji əhəmiyyətə malikdir.

Əsəd ordusuna yaxından kömək edən Rusiya ordusunun hərbi polis bölmələri də şəhərə daxil olub. Hazırda şəhərin müdafiəsi gücləndirilir.

Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page