Dünya bazarında xam neftin bir barrelinin qiyməti 2020-ci ilin ilk kvartalında 100 dollar ola bilər.
Azadpress.az xəbər verir ki, İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin beynəlxalq əlaqələr üzrə rektorunun müavini Anatoli Zolotuxin bu fikirdədir.
Onun qənaətinə görə, neftin qiyməti 2020-ci ildə 100 dollar/barrelə çatacaq, lakin bu səviyyəni ötə bilməyəcək. Kömür, neft və təbii qaz isə yaxın gələcəkdə ümumi enerji səbətində 75 faizlik paya sahib olacaq. Neft qiymətlərinin yüksəlməsində Venesuela faktoru önəmli faktordur.Burada hasilatın stabilləşəcəyi, yaxud daha da azalacağı məlum deyil.
Xatırladaq ki,2008-ci ildə ABŞ Suriya münaqişəsi başlayanda neftin qiyməti kəskin 100 dollara yüksəlmişdi. Bu qiymət 2013 -cü ilə qədər periodik enmələrlə belə qaldı. ABŞ-İran münaqişəsinin alovlanması qiymətlərin yüksəlməsinə səbəb olacaq.