Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında telefonla danışığı olub.
Azadpress.az xəbər verir ki,bu barədə dövlət başçıları özlərinin “Twitter” səhifələrində yazıblar.
Ərdoğanın paylaşımında deyilir: “Hörmətli Tramp ilə ikitərəfli məsələləri müzakirə etdik. Eləcə də, Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılması ilə bağlı da fikir mübadiləsi apardıq”.
Trampın paylaşımda isə yazılıb: “Cənab Prezident, bəşəriyyətin əzəli düşməni olan terrorizmi məğlub etdikdə daha çox həyat xilas olacaq. Əminəm ki, göstərdiyimiz səy bölgədə sülh və sabitliyin yaradılmasına kömək edəcək”.Azadpress.az