Azərbaycanda tezliklə Aliment Fondu yaradılacaq.
Bu haqda jurnalistlərə hüquqşünas Zaur Seyidzadə bildirib.
Boşanma və aliment məsələsinə toxunan hüquqşünas deyib ki,qanunvericilik müəyyən hallarda acizdir. Yəni öz adına heç bir mülkiyyət olmur deyə, heç nə tələb etmək olmur:
" Buna görə iki cəza metodu var. Birincisi, alimenti ödəmədiyinə görə 15 sutka həbs verilir. Bir də Azərbaycandan çıxmaq məhdudlaşdırılır. Ədliyyə Nazirliyi yanında İctimai Komitə var, onun üzvüyəm. Alimentlərlə bağlı kifayət qədər problem olur. Bununla bağlı Aliment Fondu yaradılacaq. Qanun layihəsi hazırdır. Hesab edirəm ki, ilin sonuna qədər fəaliyyət göstərməyə başlayacaq. Fondun ilkin kapitalı dövlət hesabına olacaq. Sonra isə aliment ödəyən şəxslərdən tutulacaq. Yəni dövlət valideynə pulu ödəyəcək, sonra qarşı tərəfdən özü alacaq"
Azadpress.az