“Azərbaycan Hava Yolları” QSC (AZAL) Amerikanın “Boeing” korporasiyası ilə 10 “Boeing 737 MAX-8” sərnişin təyyarəsinin alınmasına dair sövdələşməni ləğv edib.
Azadpress.az xəbər verir ki, bu haqda AZAL-dan “İnterfaks”a bildiriblər.
“Biz “Boeing 737 MAX-8” təyyarələrinin alınması planlarından rəsmən imtina etdik. Səbəb məlumdur və bu təyyarələrn təhlükəsizliyi ilə bağlı ortaya çıxan suallarla bağlıdır. Müvafiq müqavilə artıq ləğv olunub”-məlumatda deyilir.
2017-ci ilin aprelində Azərbaycanın “Silk Way Airlines” şirkəti “Boeing”lə 10 “Boeing 737 MAX-8” təyyarəsinin alınmasına dair 1 milyard dollarlıq müqavilə bağlayıb. Həmin təyyarələrin operatorluğunu AZAL həyata keçirməliydi. Təyyarələrin 3 il ərzində çatdırılması nəzərdə tutulurdu.
Lakin son vaxtlar bu tip təyyarələrdə dalbadal qəzaya uğrayıb. Qəzaların səbəbinin təyyarələrin proqram sistemində mövcud olan qüsurla bağlı olduğu bildirilir. Qəzalardan sonra əksər ölkələr həmin təyyarələrdən imtina edib.Azadpress.az