Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda dağda köməksiz qalan 29 yaşlı Azərbaycan vətəndaşı, tələbə Amir Oruci xilas edilib. “Report” “Mynet”ə istinadən xəbər verir ki, onunla birlikdə daha üç tələbə - Ahmet Öztokmak (21 yaş), Mehmet Çavuşoğlu (23) və Mehmet Han Şafak (19) da dağda azıblar. Məlumata görə, Türkiyənin Fövqəladə Hallar Nazirliyi, polisin şəxsi heyəti 8 saatdan sonra 4 gənci dağdan endirib. Onların səhhətinin yaxşı olduğu bildirilib. Azadpress.az