top of page

Vaqif Mustafayev Krımdakı festivalda juri sədri olacaq


Vaqif Mustafayev növbəti dəfə beynəlxalq kino festivalının juri sədri oldu. Xalq artisti, kinorejissor Vaqif Mustafayev “Birlikdə qələbə qazandıq” XV Sevastopol Beynəlxalq kinofestivalına jürinin sədri kimi dəvət olunub. Xatırladaq ki,  həmyerlimiz keçən il də bu festivalda jüriyə sədrlik etmək üçün dəvət olunmuşdu. Lakin gərgin iş qrafikinə görə Vaqif Mustafayev bu təklifi qəbul edə bilməmişdi. Buna baxmayaraq, “Birlikdə qələbə qazandıq” festivalının təşkilatçıları yenidən təkidlə dünya şöhrətli kinorejissoru XV Beynəlxalq kinofestivala jüri sədri kimi dəvət etmişlər. Onu da bildirək ki, dünyanın müxtəlif ölkələrindən cəlb olunan tanınmış kino xadimləri jürinin tərkibinə daxil edimişdir.

Qeyd edək ki, həmin festivalda Cənubi Osetiya, LNR, DNR kimi separatçı qurumların nümayəndələri də iştirak ediblər.  Beynəlxalq festival bu il may ayının 12-si başlayaraq və 18 maya qədər davam edəcək.Azadpress.az Musavat.com-a istinadən.  


bottom of page