top of page

"Muzey Cabbarılının öz ailəsi tərəfindən özəlləşdirilib"


"Cəfər Cabbarılının ev muzeyinin fəaliyyəti ilə bağlı çoxdan məşğuluq. Bu bina Cabbarılının öz ailəsi tərəfindən özəlləşdirilib. Yəni dövlətin və ya nazirliyin balansında deyil"

SalamNews xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, yalnız dövlət balansında olan müəsisələrində təmir bərpa işləri aparılır. "Biz bu ailə ilə dəfələrlə müzakirə etmişik. Ailə istəyir ki, orada yeni ev tikilsin və evin birinci mərtəbəsində C.Cabbarılının ev muzeyi yaradılsın. Belə praktika var. Mən burada heç bir qəbahət görmürəm. Binanın fiziki durumu pisdir. Müvafiq qurumlar əgər bu barədə qərar qəbul etsələr, ona uyğun işlər görüləcək. Ola bilsin orada yeni bina tikilsin. Ümumiyyətlə isə mən bu vaxta qədər bu bina ilə bağlı həm xəcalət, həm də təəssüf hissi çəkirdim".

Qeyd edək ki, Azərbaycan dramaturgiyasının banilərindən biri, görkəmli ədib, yazıçı və dramaturq Cəfər Cabbarlının Bakıdakı ev muzeyinin sökülməsi müvəqqəti olaraq dayandırılıb. Şəhərsalma və Arxitektura üzrə Dövlət Komitəsi söküntünün dayandırılması ilə bağlı qərar qəbul edib. Azadpress.az


bottom of page