Deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Musavat.com-a müsahibəsində belə deyib:
"Kostyumu alıram, əynimə bir az böyük olanda verirəm böyük oğlum geyinir. Yaxud kiçik oğlum kiçik ölçülü kostyumumu geyinir. Ya da qızlarımın paltarını yoldaşım, yoldaşımın paltarını qızlarım geyinir. Bizim ailəmizdə belə şeylər normal qəbul olunur. Bu da haradan gəlir? Mənim anam Bəylərova Firuzə xanım Lənkəranda tanınmış tacir Kəlba Yunusun qızı olub, bəy qızı olub. Amma o ailədə bir tezis olub: varlı adam o adam deyil ki, çox qazana, varlı adam o adamdır ki, daha çox qənaətcil ola və pulunu daha çox səmərəli xərcləyə. Bunu Quranda da yazıblar, Allahın sevmədiyi əməllərdən biri israfçılıqdır. Biz bunu demişik. İndi mən bunu deyəndə başqa yerə yozurlar. Mən demişdim ələbaxan olmayaq. Başladılar ki, Hadı müəllim görün nə deyib"Azadpress.az