Azərbaycanın xalq artisti Amaliya Pənahova vəfat edib.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, o, noyabrın 8-də 73 yaşında dünyasını dəyişib.
Azadpress.az xəbər verir ki,xalq artistinin qəfil vəfat etməsinin səbəbi kimi kəskin ürək çatışmazlığı göstərilib.
Amaliya Əliş qızı Pənahova 1945-ci ilin iyunun 15-də Gəncə şəhərində anadan olub.
Amaliya Pənahova Azərbaycan teatr və kino aktrisası, televiziya rejissoru, Azərbaycanın xalq artisti (1985), Dövlət mükafatı laureatı, sənətşünaslıq doktoru, professor, 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru, Avropanın əməkdar elm və mədəniyyət xadimi olub.