top of page

Kəmaləddin Heydərovun yeznəsi işdən çıxarıldı


BakuPost-un "AzPolitika.info”ya istinadən məlumatına görə, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun yaxın qohumu işdən uzaqlaşdırılıb.

Belə ki, Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu dəfə Heydərovun Komitəyə təzə təyin olunan bacısının həyat yoldaşı Faiq Şahbazovu İnsan Resursları İdarəsinin rəisi vəzifəsindən uzaqlaşdırıb. Onun yerinə artıq təyinat da olub. S.Mehdiyev bu vəzifəni özünün tələbə yoldaşı olan Fərhad Babayevə həvalə edib.

Onu da xatırlatmaq yerinə düşər ki, Faiq Şahbazov Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəisi vəzifəsinə bir neçə ay əvvəl – ötən ilin dekabrında təyin olunmuşdu. Bundan əvvəl o, Vergilər Nazirliyinin İnsan Resursları Departamentinin baş direktoru vəzifəsində işləmişdi. Lakin Mikayıl Cabbarovun vergilər naziri təyinatından cəmi 1 gün əvvəl F.Şahbazov həmin vəzifədən istefa vermişdi.

Bundan sonra onu Gömrük Komitəsində işə götürmüşdülər.Azadpress.az


bottom of page