top of page

Bakıda Fətullah Gülən tərəfdarının məhkəməsi baş tutdu


Türkiyənin Azərbaycandan istədiyi şəxs məhkəmədən azadlığa buraxılıb. Amma məhkəmədən çıxarkən naməlum şəxslər tərəfindən saxlanılaraq, naməlum istiqamətə aparılıb.

Musavat.com xəbər verir ki, Türkiyənin axtarışa verdiyi və Azərbaycanda həbs edilən Fətullah Gülən camaatının üzvü olduğu bildirilən İsa Özdəmirin məhkəməsi keçirilib.

Onun öz ölkəsinə esktradisiya edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin təqdimatına baxılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə elan edilən qərara əsasən təqdimat təmin edilməyib və esktradisiyadan imtina edilib.

Qərarla İsa Özdemir məhkəmə zalından azadlığa buraxılıb. Lakin o məhkəmədən çıxdıqdan sonra naməlum şəxslər tərəfindən saxlanılıb.

Qeyd edək ki, Türkiyə İsa Özmedirin FETO terror təşkilatının üzvü olduğunu bildirərək axtarışa verib. O, 1993-cü ildən Azərbaycanda yaşayıb.Azadpress.az


bottom of page