top of page

Neft qiymətləri enə bilər


OPEK+ nazirlər səviyyəsindəki Monitorinq komitəsi Vyana razılaşması çərçivəsində neft hasilatının həcmini sutkada 1 mln. barel artırılmasını nəzərdən keçirməyi tövsiyə edib. Bununla belə, tövsiyədə bəzi ölkələr üçün “xüsusi yanaşma “nəzərdə tutulub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

Nazir həmçinin qeyd edib ki, həmin təklif iyunun 22-də keçiriləcək OPEK sammiti və OPEK+ nazirlər səviyyəsində baş tutacaq ümumi görüşdə nəzərdən keçiriləcək.Azadpress.az


bottom of page