"Mən problemləri Milli Məclisdə çıxış etmək əvəzinə, çox zaman kiçik çevrədə diqqətə çatdırmağa çalışıram. Bura gəlməzdən əvvəl Təhsil Nazirliyinin hər iki müavininə xidməti telefonumdan zəng etdim, heç biri cavab vermədi”.
Azadpress.az xəbər verir ki,bunu Milli Məclisin növbədənkənar iclasında "Təhsil haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Elşən Musayev deyib.
O bildirib ki, bu gün məktəblərdə "fondpulu” yığılır:
"Deyirlər ki, məktəblərdə pul yığmağı yığışdırıblar. Amma mən də bir valideyn kimi deyə bilərəm ki, bu gün məktəblərdə "fondpulu” yığılır. Bir çox neqativ faktlar hələ də təhsilimizdə qalmaqdadır”.
Deputat təhsil nazirinin müavinlərinə problemlərlə bağlı fikirlərini çatdırmaq istədiyini deyib:
"Bu günlərdə bağçada yaşanan problem müzakirə edilir. Bu hadisənin olması gözlənilən idi. Bu barədə düşünmək lazımdır. Çünki özəl bağçalara nəzarət yoxdur.
Özəl bağçalar 2000 manata qədər ödəniş tələb edir, lakin tərbiyəçiyə 200 manat verir. Bəlkə də, aqressiyanın səbəbi budur. Bu gün rektorla danışmaq daha rahatdır, nəinki bağça direktoru ilə. Uşaqlara qarşı bu cür münasibət göstərən müəllim, tərbiyəçilər düşünülmədən həbs edilməlidir”.
Millət vəkili bildirib ki, uşaqların çantaları elə ağırdır ki,məcburən valideyinlər uşaqların məktəbə aparmalı olurlar:
"Mən əgər bu ağır çanta ilə uşağı məktəbə göndərəsi olsam,uşağın beli ikiqat olar.Ona görə də mən məcburam özüm aparım.Ya da uşaq üçün kimisə tutmalısan".