top of page

Azərbaycanda taksi xidməti nəzarətə götürülür


"Taksi xidmətləri sahəsinin nizamlanması ilə əlaqədar müəyyən boşluqlar var".

Azadpress.az xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyiyanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov "Avtomobil Nəqliyyatı-Yeni Tənzimləmə Konsepsiyası" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, regionlarda istismar edilən taksilərin böyük əksəriyyəti qanunvericiliklə müəyyən edilmiş minimum tələblərə cavab vermirlər.

“Taksi daşımalarının sosial əhəmiyyətini nəzərə alaraq, bu sahədə yumşaq tənzimləmə və stimullaşdırma tədbirlərinin görülməsi nəzərdə tutulur. Hazırda əsasən oturacaq yerləri 8+1 və ondan az olan minik avtomobilləri ilə həm ölkə daxili, həm də beynəlxalq istiqamətlər üzrə sifarişli sərnişin daşımaları da geniş vüsət alıb. Müvafiq tənzimlənmə mexanizmi olmadığından, yəni bu tip avtomobillər nə avtobuslarla sərnişindaşmasına, nə də taksi minik avotmobilləri ilə sərnişindaşımasına aid edilmədiyindən, belə daşımalarda sərnişinlərin təhlükəsizliyinin və qanuni maraqlarının qorunması narahatlıq doğuran vacib məqamlardandır. Bu problemin həlli məqsədilə təkliflər hazırlanır, eyni zamanda belə daşımalar həyata keçirən tərəfdaş dövlətlərin aidiyyatı qurumları ilə məsləhətləşmələr aparılır”,- deyə H.Həsənov vurğulayıb."APA-Economics"


bottom of page