top of page

"Ramiz Yunus Azərbaycanın sirlərini Moskvaya verib"-İddia


İndi elə adamlar Əbülfəz Elçibəy haqqında danışır ki, mən təəccüblənirəm. Hamınızın tanıdığı Ramiz Yunus var. Gah ABŞ-dan canlı görüntüyə çıxır, gah da İngiltərədən. Gənclərimiz bu şəxsi yaxşı tanımır. Bu adam bizim hakimiyyətimiz dövründə Nazirlər Kabinetində işləyirdi. Rəhmətlik Əbülfəz Elçibəy məni və Pənah Hüseyni yanına çağırıb dedi ki, elə edin, gözüm Ramiz Yunusu görməsin. Bu şəxsin anası erməni idi, üstəlik başqa məsələlər vardı.

Azadpress.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu fikirləri sabiq daxili işlər naziri İsgəndər Həmidov dünən KXCP qərargahında Əbülfəz Elçibəylə bağlı keçirilən tədbirdə səsləndirib.

Sabiq nazir deyib ki, sonradan Ramiz Yunus Ali Sovetdə işləməyə başlayıb:

“Ali Sovetdə işlədiyi zaman Moskvaya səfər etmişdi. O zaman Hikmət Hacızadə bizim Moskvadakı səfirimiz və Azərbaycan Xarici İşlər nazirinin müavini idi. Hikmət bəy Daxili İşlər Nazirliyinə və Prezident Aparatına rəsmi məktub göndərərək bildirirdi ki, Ramiz Yunusun Rusiyaya gəlməsinə imkan verməyin. Ramiz Yunus Azərbaycanın sirlərini Moskvaya verir, bəyan edir ki, AXC-ni yaradan mənəm və s.

Təsəvvür edin ki, bu adam indi Əbülfəz Elçibəy haqqında, AXC iqtidarı barədə danışır. Əbülfəz bəy o zaman qoymadı ki, bu şəxsi həbs edək. Sonradan gəlib Müsavat Partiyasına daxil oldu, az sonra xaricə gedib siyasi mühacir statusu aldı”.

İsgəndər Həmidov əlavə edib ki, Əbülfəz Elçibəy haqqında onun silahdaşlarının danışması normal və anlaşılandır:

“Məsələn, Mirmahmud Mirəlioğlu danışanda, başqa dostlar fikir bildirəndə anlaşılan olur”.


bottom of page