Azərbaycanın 15 rayonunda kənd və qəsəbə adları dəyişdirlir.
Azadpress.az xəbər verir ki,Göyçay, Goranboy, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Oğuz, Saatlı, Samux, Şəmkir, Yevlax, Masallı, Ağsu və Astara rayonlarının bəzi kəndlərinin və qəsəbələrinin adları dəyişdirilir.
Bunlar aşağıdakılardır:
Ağsu rayonu üzrə:
Gürcüvan kənd inzibati ərazi dairəsi tərkibindəki Gürcüvan kəndi – Xanbulaq kəndi adlandırılacaq;
Astara rayonu üzrə:
Kakalos kəndi- Qamışovka kəndi adlandırılacaq;
Göygöl rayonu üzrə:
Xanlar qəsəbəsi – Ağdam qəsəbəsi adlandırılacaq;
Mixayılokva kəndki – Bənövşəli kəndi adlandırılacaq;
Xızı rayonu üzrə:
Altıağac kənd inzibati ərazi dairəsi tərkibindəki Klyuç kəndi – Safbulaq kəndi adlandırılacaq;
Qazax rayonu üzrə:
Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Komuna kəndi – Balaçaylı kəndi adlandırılacaq;
Qusar rayonu üzrə:
Şirvanovka kəndi – Şirvanlı kəndi adlandırılacaq;
Masallı rayonu üzrə:
Kalinovka kəndi – Viləş kəndi adlandırılacaq;
Oğuz rayonu üzrə:
Astaraxanovka kəndi – Çayqovuşağı kəndi adlandırılacaq;
Saatlı rayonu üzrə:
Qarayev kəndi – Orta Muğan kəndi adlandırılacaq;
Samux rayonu üzrə:
Əlibayramlı kəndi – Sarıqaya kəndi adlandırılacaq.