Azadpress.az xəbər verir ki, Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentdə çıxışı zamanı belə deyib.
Onun sözlərinə görə, elə şəxslər var ki, onların haqqı çatmasa da, əlillik dərəcəsi ala bilir:
“Elələri də var ki, haqqı çatır, amma ala bilmir. Azərbaycanda əlillərin sayı dünya ölkələri ilə müqayisədə yüksəkdir. Ayrı-ayrı strukturlar tərəfindən əlillik dərəcələri düzgün şəkildə verilməyib. Əgər bu say düzgün olarsa, o zaman onların pensiya və məvaciblərinin artırılması məsələsi də gündəmə gələ bilər”.