Qarabağ Azadlıq Təşkilatının(QAT) sədri Akif Nağı Azadpress.az-a müsahibəsində belə deyib.
Akif Nağı "Armenian helicopters" şirkətinin Dağlıq Qarabağa vertolyotla səfərlər təşkil edəcəyi xəbərinə münasibət bildirib. Təşkilat sədri deyib ki,bu qanunsuz bir hərəkətdir:
"İstər hava yolu,istərsə də quru yolu ilə olsun,bunlar Azərbaycan üçün təhlükəlidir və yolverilməzidir.Blirsiniz ki,5 il bundan əvvəl ermənilər Ermənistandan Xocalı, Xankəndi aeroportuna təyyarə uçuşlarını təşkil etməyə hazırlaşırdılar.O dövrdə Azərbaycan cəmiyyətində ciddi təpkilər oldu,biz də (QAT)mövqeyimizi ciddi bildirdik.Hətta o zaman Sarkisyan demişdi ki,birinci təyyarə reysi ilə özüm uçacam.Lakin cəmiyyət və hakimiyyət nümayəndələri də bildirdi ki,kim olur-olsun,təyyarə hava məkanını pozacaqsa,vurulacaq. Hətta beynəlxalq təşkilatlar da məsələyə müdaxilə elədilər.Amma Azərbaycan tərəfinin sərt mövqeyinə görə o vaxtdan onlar təyyarə reyslərini həyata keçirə bilmədilər"
Akif Nağı ermənilərin bu planlarına sərt təpki göstərməyə çağırıb:
"İndi bunu vertolyotla bərpa etməyə çalışırlar.Turist və ya tibbi personalın daşınması adı ilə ört-basdır edirlər. Amma bu qanunsuzdur.Təşkilat olaraq da mövqeyimiz geniş şəkildə cəmiyyətə çatdırılacaq və bununla bağlı hakimiyyətə tələblərimiz olacaq.Kim olur-olsun,uçan turistlər də bilməlidirlər ki,onların təhlükəsizliyinə heç kim təminat vermir. Belə bir səfərlər həyata keçirilərsə,Azərbaycan hökmən bu vertolyotları vurmalıdır.Çünki ölkəmizin hava məkanı işğalçı ölkə tərəfindən pozulur.Heç kim deyə bilməz ki,sərnişin daşıma adı ilə silah-sursat və muzdlu əsgərlər daşınmır"
Qeyd edək ki,Ermənistan mətbuatında yayılan xəbərlərdə bildirilib ki,"Armenian helicopters" şirkəti Ermənistanda və ölkə xaricinə Robinson R66 и AIRBUS EC130T2 vertolyotları ilə səfərlər təşkil edəcək.Bu səfərlərin yay aylarında təşkil edilməsi planlaşdırılır.Şirkət artıq General Department of Civil Aviation (GDCA)-dan uçuş sertifikatı alıb.Azadpress.az