top of page

Azərbaycan 9 milyard dollar gəlir əldə edə bilər


Neftin qiymətinin 80 dollar olması Azərbaycana külli miqdarda mənfəət gətirə bilər.

Azadpress.az xəbər verir ki, enerji məsələləri üzrə ekspert İlham Şaban belə deyib.

Onun sözlərinə görə, qiymət bu səviyyədə qalsa, Azərbaycanın gəlirləri ötən illə müqayisədə 9 milyard dollar artar.

lham Şaban deyib ki, Azərbaycan hal-hazırda 65000 barel neft ixrac edir.Onun sözlərinə görə, ötən il neftin orta qiyməti 54 dollar idi və bu Neft Fonduna 6,3 milyard xalis mənfəət gətirib.Hazırkı qiymətlə isə bu rəqəm 9 milyard dollara qədər arta bilər.


bottom of page