Xəbər verdiyimiz kimi "Maşın" realiti şou may ayında yenidən başlanacaq. Bu dəfə də yerli şou-biznesin nümayəndələri maşın uğrunda yarışacaqlar.
Azadpress.az xəbər verir ki, şouda 18 nəfər avtomobil uğrunda mübarizəyə qatılacaq.
“Xanımlar və cənablar- 2” devizi ilə ekrana çıxacaq proqrama qatılan məşhurların bir neçəsinin adı məlum olub. Bunlar üç tanınmış aparıcı – Firuzə Cəlilova, Günel Hümbətova, İlhamə Bədəlova, müğənni Aysel Əlizadə, meyxanaçı Pərviz Bülbülə və onun duet tərəfdaşı Türkan Vəlizadə iştirak edəcəklər.
Proqrama Sevil və Sevinc Səfərovalar dəvət olunsa da, onlar “Maşın”dan imtina ediblər. Buna səbəb kimi işlərinin çox olmasını göstəriblər.
Azadpress.az xəbər verir ki,müğənni və rəqqasə Oksana Rəsulova da bu ay başlyacaq "Maşın Şou"da iştirak etməyəcək.Buna səbəb onun dünyaya uşaq gətirmək istəyi ilə bağlıdır.Belə ki, Rəsulova hamiləliyinin altıncı ayını yaşayır.